Xəbərlər

AZE
ENG
TUR
RUS

IV Beynəlxalq Avrasiya Arxeologiyası Konfransı keçiriləcək
27-9-2012

   Ənənəvi olaraq keçirilən tədbirin builki əsas müzakirə mövzusu Avrasiya regionunda arxeoloji və etnoqrafik turizmin inkişaf perspektivləridir. Tədbirin açılış mərasimi ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin, yerli və xarici elm və mədəniyyət xadimlərinin, mətbuat nümayəndələrinin iştirakı ilə 2 oktyabr 2012-ci il tarixində Ağsu şəhərində Orta əsr Ağsu şəhər arxeoloji kompleksində baş tutacaqdır. Beynəlxalq konfransın arxeologiya və etnoqrafiya mövzusunu əhatə elədiyini nəzərə alaraq, açılış mərasimində iştirakçılara ölkəmizin zəngin ənənələrinin və folklor nümunələrinin təqdim edilməsi nəzərdə tutulur.

3-4 oktyabr tarixində beynəlxalq konfrans arxeologiya, etnoqrafiya, qayaüstü təsvirlər və mədəni turizm mövzusunda sessiyalarda işini davam etdirəcəkdir. Bu müddət ərzində ölkəmizə səfər edən xarici nümayəndələr Ağsu, Şamaxı və İsmayıllı rayonlarının ərazilərində yerləşən mədəniyyət və irs nümunələri ilə tanış ola bilər.Tədbir çərçivəsində "Azərbaycanın kərpic memarlığı" adlı rəsm sərgisinin təşkili nəzərdə tutulur.
Konfransın proqramını icea2012.miras.org.az elektron ünvanından izləmək mümkündür.
 

 

Oxunub : 2171