Xəbərlər

AZE
ENG
TUR
RUS

IV Beynəlxalq Avrasiya arxeologiya konfransı öz işinə başlayıb.
2-10-2012

 Oktyabrın 2-də Ağsu şəhərində Mədəniyyət və Turizm Nazirliyinin, Türkiyənin Doqquz Eylül Universitetinin, Qafqaz və Orta Asiya Araşdırmalar Mərkəzinin və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə IV Beynəlxalq Avrasiya arxeologiyası konfransı öz işinə başlayıb. 

Beynəlxalq konfransın iştirakçıları əvvəlcə bu şəhərdən 4-5 kilometr cənub-şərqdə yerləşən Orta əsr Ağsu şəhər qalıqları kompleksində olublar. Burada folklor nümunələrindən ibarət zəngin repertuarlı konsert proqramı təqdim edilib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu Ağsu arxeoloji ekspedisiyasının rəisi, tarix elmləri doktoru Qafar Cəbiyev konfrans iştirakçılarına Orta əsr Ağsu şəhər qalıqlarında aparılan arxeoloji tədqiqatlar və onun nəticələri barədə ətraflı məlumat verərək, qeyd ediblər ki, burada ilkin arxeoloji tədqiqatlar 1983-cü ildə Ağsu-İsmayıllı ekspedisiyası tərəfindən aparılıb. Əsasən kəşfiyyat xarakterli bu tədqiqatlar nəticəsində əldə olunmuş maddi-mədəniyyət nümunələri, o cümlədən zəngin keramika məmulatı və sikkə nümunələri burada XVIII əsrdə xüsusilə intensiv şəhər həyatı olduğunu göstərib. 
Son illərdə isə “Miras” İctimai Birliyinin təşəbbüsü, Ağsudan olan xeyriyyəçi insanların maliyyə dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarından ibarət birgə ekspedisiya tərəfindən geniş tədqiqatlara başlanılmış və orta əsr Azərbaycan tarixinin, o dövr şəhər mədəniyyətinin öyrənilməsinə dair xeyli maddi-mədəniyyət nümunələri əldə olunub.
 

 

Oxunub : 2474