Xəbərlər

AZE
ENG
TUR
RUS

V Beynəlxalq Avrasiya Arxeologiyası Konfransı öz isinə start verdi.
2-10-2012

 

2 oktyabr 2012-ci il tarixində Ağsu şəhərində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Ağsu Rayon İcra Hakimiyyəti, Türkiyə Respublikasının Doqquz Eylül Universiteti, Qafqaz və Orta Asiya Arxeoloji Araşdırmaları Mərkəzi və Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin ortaq təşkilatçılığı ilə IV Beynəlxalq Avrasiya Arxeologiyası Konfransının açılış mərasimi keçiriləcəkdir. Tədbirdə dövlət və hökumət rəsmiləri, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, əsasən Türkiyə, Rusiya və Mərkəzi Asiya regionundan arxeoloji araşdırma mərkəzlərinin nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdur.  
Açılış mərasimi Ağsu şəhərində Ümummilli lider Heydər Əliyevin məzarını ziyarətlə başlanılacaqdır. Tədbir daha sonra Orta əsr Ağsu şəhəri arxeoloji kompleksi ilə tanışlıqla davam etdiriləcək və iştirakçılara ölkəmizin etnoqrafiyası, folkloru və mətbəx nümunələri təqdim olunacaq. Açılış mərasiminin rəsmi hissəsi konfransa tərəfdaş təşkilatların rəhbər şəxslərinin iştirakı ilə Ağsu rayon Mədəniyyət sarayında keçiriləcəkdir.Konfransda "Azərbaycanın kərpic memarlığı" adlı fotosərginin nümayişi də nəzərdə tutulur. 
Konfrans  3-4 oktyabr tarixində arxeologiya, etnoqrafiya, qayaüstü təsvirlər və mədəni turizmin inkişaf perspektivləri mövzularında sessiyalarla işini davam etdirəcəkdir. Bu müddət ərzində ölkəmizə səfər edən xarici nümayəndələr Ağsu, Şamaxı və İsmayıllı rayonlarının ərazilərində yerləşən mədəniyyət və irs nümunələri ilə tanış olacaqlar.Konfransın yenilənən proqramını icea2012.miras.org.az elektron ünvanından izləmək mümkündür.
 

 

Oxunub : 2833